İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının NƏTİCƏLƏRİ elan olundu


Digərləri 05 İyl 2018 16:53:00 215 0

İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının NƏTİCƏLƏRİ elan olundu

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanlar Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilib. İmtahanın nəticələri iyulun 5-də saat 16:26-dan etibarən DİM-in internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.