"Qəza dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi"


Digərləri 05 İyl 2018 16:40:00 256 0

"Qəza dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi"

Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş hadisə miqyasına görə çox böyükdür.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan da böyükdür: "Qəzanın səbəblərini ölkə Prezidenti tərəfindən yaradılmış komissiya araşdırır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcəkdir. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi".