Daşıyıcıya əsəbləşdi, sərnişinləri yarıyolda avtobusdan enməyə məcbur etdi


Digərləri 05 İyl 2018 16:35:00 243 0

Daşıyıcıya əsəbləşdi, sərnişinləri yarıyolda avtobusdan enməyə məcbur etdi

Bu gün səhər saatlarında Bakıda sərnişindaşımada qəribə olay yaşanıb. Sürücü dünən sərnişinləri pulsuz daşımalarına baxmayaraq ondan yanacaq pulu tələb edən daşıyıcı şirkətin məsul şəxsinə əsəbləşərək avtobusdakı sərnişinləri yarıyolda düşürdərək avtobusu qaraja sürüb.

Son.az movqe.az-a istinadən xəbər verir ki, hadisə sürücü ilə daşıyıcı şirkətin məsul şəxsi arasında telefonla edilən mübahisədən sonra baş verib. Sərnişinlərin verdiyi məlumata görə, Binəqədi-Gənclik marşurutu üzrə sərnişin daşıyan "133" saylı JP 457 nömrəli avtobusun sürücüsü ondan yanacaq pulu tələb edən şəxsə dünən sərnişinləri pulsuz daşıdığını bildirərək, pulu ödəmək imkanının olmadığını bildirib. Telefonla sürücüdən yanacaq haqqını tələb edən daşıyıcı şirkətin məsul şəxsi isə israrla avtobusu qaraja sürməyi tələb edib. Bu zaman sürücü əsəbləşərək sərnişinləri yarıyolda avtobusdan endirərək avtobusu qaraja sürüb. Sərnişinlər işə gecikdiklərini əsas gətirərək yarıyolda düşməkdən imtina etsələr də, sürücünün onları da qaraja aparacağı barədə xəbərdarlığından sonra avtobusu məcbur tərk etməli olublar. Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinə etdikləri şikayətə dərhal rekasiya verilib. Məsələ araşdırılaraq sürücü işdən kənarlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katubi Mais Ağayev Movqe.az-a bildirib ki, daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və ondan məsələ ilə bağlı zəruri addımların atılması tələb olundu. Qısa vaxtda daşıyıcı tərəfindən 133 nömrəli müntəzəm marşrut xətti üzrə DQN-ni 10JP457 olan avtobusun sürücüsünün Mirzəcanov Rüstəm Səməd oğlu müəyyən edilib. Daşıyıcının müvafiq əmri ilə sürücü işdən azad edilib: "Bir daha bildiririk ki, sərnişindaşıma qaydalarına əməl etməyən şəxslər heç bir güzəşt edilmədən marşrut şəbəkəsindən kənarlaşdırılacaq".

M. Ağayev bildirib ki, sürücüdən daşıyıcı tərəfindən sərnişinlərin pulsuz daşındığı günün yox, ondan əvvəlki günlərin yanacaq haqqı tələb edilib.