Avrokuboklarda 4-cü əvəzetməyə icazə verildi


İdman 05 İyl 2018 16:17:00 237 0

Avrokuboklarda 4-cü əvəzetməyə icazə verildi

Futbol klubları Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər. 

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) UEFA bayrağı altında keçirilən bütün turnirlərdə əvəzetmələrlə bağlı yeni qərarlar qəbul edib. Hər hansı oyun əlavə vaxta kimi davam etsə, komandalar dördüncü əvəzetmədən istifadə edə bilərlər. Oyunun əsas vaxtında 3 əvəzetmədən az dəyişiklik olsa, onlar öz hüquqlarını itirməyəcəklər.  Dəyişikliklər 2018-2019 mövsümü üçün qüvvəyə minir və Millətlər Liqası, Çempionlar Liqası, Avropa Liqası, habelə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatında da tətbiq olunacaq. 

Mayda İFAB İdarə Heyəti dördüncü əvəzetmədən istifadəni təsdiqləyib. Əvvəllər təcrübə klublar səviyyəsində test edilmişdi. 

\Dünya çempionatları tarixində Rusiya yığması ilk dəfə bu təcrübədən yararlanıb. DÇ-2018-in 1/8 finalında İspaniya ilə matçda baş məşqçi Stanislav Çerçesov 97-ci dəqiqədə Aleksandr Yeroxinin əvəzinə Daler Kuzyayevi meydana buraxıb.