Bakıda neçə avtobusda kondisioner var? - BNA-dan cavab


Digərləri 05 İyl 2018 16:17:00 294 0

Bakıda neçə avtobusda kondisioner var? - BNA-dan cavab

Bakıda sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.

Bakı. Samir Əli - Bakıda sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib. M.Ağayevin sözlərinə görə, hazırda avtobus bazasının yenilənməsi üçün zəruri addımlar atılır: "Hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Həmin avtobusların da yenilənməsi ilə bağlı tədbirlər davam etdirilir".