"Yeni sazişlərin ratifikasiyası münaqişənin dinc yolla həllində mühüm irəliləyişlə müşayiət olunmalıdır"


Siyasət 05 İyl 2018 15:58:00 344 0

"Yeni sazişlərin ratifikasiyası münaqişənin dinc yolla həllində mühüm irəliləyişlə müşayiət olunmalıdır"

Avropa İttifaqı (Aİ) ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında yeni sazişlərin ratifikasiyası münaqişənin dinc yolla həllində mühüm irəliləyişlə müşayiət olunmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin plenar sessiyasında qəbul olunan qətnamədə deyilir.

Qətnamədə qeyd olunur ki, bu şərtlər arasında atəşkəs rejiminə əməl olunması və ATƏT Minsk qrupu həmsədrlərinin səylərinin və Madrid prinsiplərinin reallaşdırılmasına dəstək vermə yer alır.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.