PSG rəhbərliyi futbolçuya görə "savaşır"


İdman 05 İyl 2018 15:48:00 287 0

PSG rəhbərliyi futbolçuya görə "savaşır"

PSG-nin yarımmüdafiəçisi Adrien Rabio klubda problemə səbəb olub. 

Goal.az-ın “L’Equipe”ə istinadən məlumatına görə, prezident Nasser əl-Xelaifi ilə idman direktoru Antero Enrikenin fransalı futbolçu barədə fikirləri üst-üstə düşməyib.Belə ki, əl-Xelaifi 23 yaşlı oyunçu ilə yeni müqavilə bağlamağın tərəfdarıdır. Enrike isə Rabionun istəklərinin yüksək olduğu qənaətindədi və onun satılmasının tərəfdarıdır. Ulduz futbolçu yeni sözləşmə üçün aylıq 600 min avro maaş tələb edir.

Qeyd edək ki, Adrien Rabio Barcelona ilə yanaşı, İspaniya, İtaliya və İngiltərə klublarının maraq dairəsindədir.