Kənan Bayramov və Nəsib Nur “Xəzər” TVdən çıxarıldı


Şou-biznes 05 İyl 2018 15:39:00 365 0

Kənan Bayramov və Nəsib Nur “Xəzər” TVdən çıxarıldı

"Xəzər" telekanalında kadr dəyişikliyi baş verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb. Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nəsib Nur "Xəzər" FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan "Dalğa" TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.