Mingəçevirdə 32 yaşlı kişi özünü öldürmək istədi


Digərləri 05 İyl 2018 15:13:00 264 0

Mingəçevirdə 32 yaşlı kişi özünü öldürmək istədi

Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün sirkə turşusu içərək intihara cəhd edib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən yeni köçkün şəhərciyindəki 2 saylı binada baş verib.

Məlumata görə, həmin ünvanda yaşayan 32 yaşlı İlqar adlı şəxs hələlik məlum olmayan səbəbdən 100 qram sirkə turşusu içərək intihara cəhd edib. O, ağır durumda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.