Nənədən 4 yaşlı nəvəsinə qarşı DƏHŞƏTLİ ƏMƏL: gəlin isə bunun yerinə qayınanasını... Cəlilabadda


Digərləri 05 İyl 2018 14:50:00 240 0

Nənədən 4 yaşlı nəvəsinə qarşı DƏHŞƏTLİ ƏMƏL: gəlin isə bunun yerinə qayınanasını...  Cəlilabadda

Cəlilabadın Üçtəpə kənd sakini 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızının həyat yoldaşı 1945-ci il təvəllüdlü Telman Feyziyev və 1984-cü il təvəllüdlü Elnurə Fərziyeva tərəfindən döyüldüyünə dair yayılan xəbərin təfərrüatları bəlli olub.

Son.az xəbər verir ki, Telman Fərziyevin publika.az-a verdiyi məlumata görə, 1993-cü ildən ailə qurduğu Səmiya Feyziyeva 6 aydan çox Ruhi Əsəb Dispanserində müalicə alıb:

"Bu, mənim ikinci ailəmdi. Ayın 2-i mən naxırda növbədə olan vaxtı bu qadın evdə gəlinlə mübahisə edib. Arvad götürüb quyudan su çəkib, 4 yaşlı körpənin üstünə töküb ki, boğulsun ölsün. Gəlin usağı götürmək istəyəndə çaydandan uşağın üstünə qaynar su töküb yandırıb. Səslərinə qonşular gəlib, ayıra bilməyiblər. Gəlin də onu həyətdə döyüb, bir-birinin saçının yolublar. Bu adam xəstədir. 6 aydan çox dispanserində müalicə alıb. Ailəmi dağıtdı, uşaqlarımı evdən qaçırdı. Hər gün bir hadisə ilə gedib məndən polisə şikayət edir. Guya mən onu döyürəm. Neçə dəfə özünü asmaq istəyib, ipdən almışam. Uşaqlara evdə göz verib, işıq vermir. Polisdə də izahat yazmışam. Polis məsələni araşdırır. Daha bezmişəm. Apardım xəstəxanaya, həkimlər yardım göstərdi. Yenə də söz-söhbəti bitmir".

Üçtəpə kənd bələdiyyəsindən verilən məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.