İquainin Chelsea-yə transferi yekunlaşmaq üzrədir


İdman 05 İyl 2018 15:00:00 298 0

İquainin Chelsea-yə transferi yekunlaşmaq üzrədir

Juventus həmin məbləği Real Madrid-in hücumçusu Kriştianu Ronaldonun transferinə yönəltmək niyyətindədi.

Juventus-un forvardı Qonsalo İquainin Chelsea-yə transferi yekunlaşmaq üzrədir. Goal.az-ın məlumatına görə, “zadəganlar” 60 milyon avro qarşılığında argentinalı futbolçunun transferini razılaşdırıblar.

Yaxın günlərdə Chelsea-yə baş məşqçi təyin olunacağı gözlənilən Maurtisio Sarrinin Napoli-dən oyununa bələd olduğu Qonsalo İquainin transferində xüsusi maraqlı olduğu bildirilir.