Türkiyə polisi 81 vilayətdə reyd keçirdi - 1314 nəfər saxlanıldı


Digərləri 05 İyl 2018 14:55:24 257 0

Türkiyə polisi 81 vilayətdə reyd keçirdi - 1314 nəfər saxlanıldı

Türkiyə polisi genişmiqyaslı reydlərə başlayıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə polisi genişmiqyaslı reydlərə başlayıb. Trend-in məlumatına görə, reydlər ümumilikdə ölkənin 81 vilayətində aparılır. Polisin yaydığı son məlumata görə, əməliyyatlar nəticəsində 1 314 nəfər saxlanılıb. Saxlanılanlar arasında narkotacirlər, eləcə də FETO üzvlərinin olduğu bildirilir.