Məhkəmə generalın oğlunun şikayətini təmin etmədi


Digərləri 05 İyl 2018 14:41:00 277 0

Məhkəmə generalın oğlunun şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilirdi.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Orucov 1 il 6 ay avtomobil idarəetmə hüququndan məhrum edilməklə 4 il 6 ay  müddətinə azadlıqdan məhrum edilib.

Onunla birgə saxlanılan Kənan Vəliyev və Pərviz Abbasovun hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onlar məhkəmə zalında həbs edilib.