"Enerji fasiləsi bank sektoruna ciddi təsir etməsə də, bəzi problemlər yaradıb"


Digərləri 05 İyl 2018 14:33:47 271 0

"Enerji fasiləsi bank sektoruna ciddi təsir etməsə də, bəzi problemlər yaradıb"

"Banklarda risklərin idarə olunması haqqında" Qaydalara əsasən hər bir bankda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunur. Fövqəladə hallar planına uyğun olaraq banklarda fövqəladə hallarda pozulmuş fəaliyyətin bərpa edilməsi üçün əvvəlcədən məsul şəxslər müəyyən olunur.

Son.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev APA-ya bildirib ki, qiymətləndirmələr elektrik enerjisində kəsintinin bank sektoruna ciddi təsiri olmadığını göstərib. "Xüsusilə, kəsintinin bankların iş saatlarına təsadüf etməməsi (24 saat işləyən filial və şöbələr istisna olmaqla) yaranmış problemin effektiv həll edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, bankların əksəriyyətinin generator, ups avadanlıqları ilə təchiz olunması, rabitə qurğularının, serverlərin, video müşahidə sistemlərinin, bankomatların işləkliyini fasiləsiz təmin edib, nəticədə biznesin təhlükəsizliyi və fasiləsizliyi baxımından ciddi problemlər yaranmayıb," - deyə Palata rəsmisi qeyd edib.