“Azərbaycanla Cənubi Koreyanı müqayisə etsəm...”


İdman 05 İyl 2018 14:39:00 254 0

“Azərbaycanla Cənubi Koreyanı müqayisə etsəm...”

“Artıq neçə gündür Cənubi Koreyadayam. Klubla 6 aylıq müqavilə bağlamışam. Ancaq bunu daha 1 il uzada bilərik”.

Goal.az-ın məlumatına görə, bunu Neftçi-nin sabiq futbolçusu İqnasio Errera deyib.Mövsüm başa çatar-çatmaz “Neftçi” ilə yollarını ayıran çilili yarımmüdafiəçi Cənubi Koreyanın II divizion təmsilçisi “Seul E-Land”la anlaşıb. O, Çili mətbuatına müsahibəsində Cənubi Koreyada futbolun daha sürətli oynanıldığını söyləyib: “Seul E-Land”ın heyətində ilk oyunumu keçirdim öz özümü yaxşı hiss etdim. Azərbaycan macərasından sonra bura ayaq uydurmağa çalışıram. Burdakı tempi saxlamaq çətindi. Sürət taktiki və texniki cəhətlərdən üstündü. Futbolçular fiziki cəhətdən super göstəriciyə malikdilər. Bu da xüsusi istedaddır”.31 yaşlı oyunçu başqa klublarından təkliflər aldığını da vurğulayıb: “Azərbaycanı tərk etdikdən sonra mənə Çili və Kiprdən də təkliflər gəlmişdi. Lakin “Seul E-Land”da çıxış edən Dieqo Bilkeviç mənə buranı məsləhət gördü. Təklif şirkətlərdən biri tərəfindən gəlmişdi. Əvvəlcə gəlmək istəmirdim. Ardından baş məşqçi və Dieqo ilə yazışdım. Onlar məni inandırmağı bacardılar”.Errera Azərbaycanla Cənubi Koreya futbolunu müqayisə etməyi də unutmayıb: “Azərbaycanla Cənubi Koreyanı müqayisə etməli olsaq, deyərdim ki, Asiya ölkəsində mədəni əlaqələr daha açıqdı. Orda futbol daha texnikalı və az emosiyalıdı. Burda isə oyunçular çox qaçırlar, 90 dəqiqə dayanmırlar. Çünki fiziki cəhətdən çox yaxşı durumdadılar”.Qeyd edək ki, İqnasio Errera Neftçi-yə ötən ilin yanvarında İrtış-dan keçmişdi. (apasport)