DGK: İdxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb


Digərləri 05 İyl 2018 14:28:00 288 0

DGK: İdxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb

Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Bakı. Mövsümi günlərdə zəhərlənmə riskinin artması əhalini narahat edən əsas problemlərdəndir. O cümlədən, ölkəyə saxta və ya mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məsələlər ictimai maraq kəsb edir. Trend-in məlumatına görə, bunu nəzərə alaraq, Dövlət Gömrük Komitəsi bildirir ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.