Deputat: "Qəzanın baş verməsində günahı olan şəxslər cəzalanacaqlar"


Digərləri 05 İyl 2018 14:10:00 277 0

Deputat: "Qəzanın baş verməsində günahı olan şəxslər cəzalanacaqlar"

Təbii ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəzanın baş verməsində günahı olan şəxslər Prezidentin tapşırığı ilə cəzalanacaqlar.

Son.az xəbər verir ki, bu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə söylədiyi fikirlərə münasibət bildərərkən deyib.

Onun sözlərinə görə, istənilən sahədə qəza baş verə bilər və heç kim bundan sığortalanmayıb: "Dünyanın aparıcı dövləti olan ABŞ-da il ərzində dəhşətli qəzaların baş verməsi ilə bağlı xəbərləri oxuyuruq. Həmçinin Avropa ölkələrində bu kimi hadisələrin baş verdiyini eşidirik. Lakin nədənsə müxalifətdən olan şəxslər ən xırda hadisələri, təbii fəlakəti və ya yol qəzasını belə siyasi məqsədlər üçün istifadə etməyə çalışır".

Deputat təəssüflə qeyd edib ki, radikal müxalifətin bəzi şəxsləri ölkədə baş verən bütün hadisələr kimi Mingəçevirdə də baş verən qəzaya siyasi don geyindirmək, dövlət daxilində müəyyən çağırışlar etmək, düşünülməmiş fikirlər söyləməkdən yan keçmədilər: