Yıldırım: "Parlament spikeri olmağa etiraz etmərəm"


Dünya 05 İyl 2018 14:14:00 230 0

Yıldırım: "Parlament spikeri olmağa etiraz etmərəm"

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkə parlamentinin spikeri ola biləcəyini istisna etməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Baş nazir bəyan edib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onun namizədliyini parlament spikeri vəzifəsinə irəli sürərsə, etiraz etməz.

Qeyd edək ki, Türkiyə Parlametinin 27-ci çağırış deputatları iyulun 8-də vəzifələrinin icrasına başlayacaqlar.

Artıq dünən Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.