Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədərək ərazidən qaçıb


Sosial 05 İyl 2018 14:05:58 300 0

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədərək ərazidən qaçıb

Hazırda polis "Mazda"nın sürücüsünü axtarır

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında "BMW" markalı avtomobil keçərkən polisdən qaçan vəyüksək sürətlə qırmızı işıqda keçən "Mazda" ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəlib. Qəzadan dərhal sonra "Mazda"nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis "Mazda"nın sürücüsünü axtarır.