Komitə sədrindən erməni diaspor təşkilatlarına XƏBƏRDARLIQ: Yaxın zamanlarda çox böyük zərbələr endiriləcək


Digərləri 05 İyl 2018 13:36:00 232 0

Komitə sədrindən erməni diaspor təşkilatlarına XƏBƏRDARLIQ: Yaxın zamanlarda çox böyük zərbələr endiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspora təşkilatlarına xəbərdarlıq edib.

Bakı. Samir Əli - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspora təşkilatlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, erməni diaspora təşkilatları çirkin niyyətlərindən əl çəkməsə, onlara ağır zərbə vurulacaq: "Erməni diasporası hazır olsun. Artıq bizim bütün istiqamətlərdə Azərbaycan diasporasında birləşmə prosesi gedir və erməni diasporası hazır olmalıdır ki, bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik, onlar çalışırlar ki, müxtəlif işlər həyata keçirsinlər. Diaspor təşkilatlarının birləşərək milli məqsədlərə çatmaları fəaliyyətində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq. Bu gün bizim torpaqlarımız işğal altındadır. Erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara çox böyük ciddi zərbələr endiriləcək. Bu, Azərbaycanın ən vacib məsələlərindən biri olan ərazi bütövlüyü məsələsidir".