Qadın ilyarım sonra batdığı yerdə peyda oldu FOTO


Digərləri 05 İyl 2018 13:24:00 207 0

Qadın ilyarım sonra batdığı yerdə peyda oldu  FOTO

İlyarım əvvəl dənizdə batan qadın boğulduğu yerdə peyda orlub. O, sağ idi. Üstəlik, batdığı gün geyindiyi don əynində idi.

Son.az  Dudung Pret-ə istinadən bildirir ki, 52 yaşlı Nininq Sunarsih 2017-ci ilin yanvar ayında Yava adasındakı Sukabumi şəhərinin yaxınlığında istirahət edirdi. Şahidlərin dediklərinə görə, qadın çimərlikdə olarkən nəhəng dalğa onu vurub dənizə aparıb. Nininq qışqırıb köməyə çağırsa da, güclü külək və tufan səbəbindən kimsə dənizə girməyib.

Xilasedicildər uzun müddət axtarışlar aparsalar da, Sunarsihi tapa bilməmişdilər.

Bir həftə sonra Sukabumidə naməlum şəxsin cəsədi tapılmışdı. Ekspertiza cəsədin itkin düşmüş qadın olmadığını göstərdi. Bir neçə həftə sonra isə axtarışların uğursuz olduğunu bəyan edən polis Sunarsihin həlak olduğunu bildirib.

Sunarsihin ailəsi isə onun ölümünə inanmırdı. İyun ayının sonlarında qadının dayısı dedi ki, yuxuda Sunarsihi görüb: "O, Sukabumidəki çimərliklərdən birində bizi gözləyirdi".

Yuxu bir neçə dəfə təkrarlanıb, dayının təkidlərindən sonra ailə iyunun 30-da çimərliyə yollanaraq axtarışlar aparıb. Fəqət, qadın tapılmayıb.


Xəbərə aid fotolar