İSTİDƏN ölənlərin olması barədə məlumatlarla bağlı


Digərləri 05 İyl 2018 13:11:53 229 0

İSTİDƏN ölənlərin olması barədə məlumatlarla bağlı

Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.

Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Son.az-a bildirib ki, istidən dünyasını dəyişənlərin olması barədə deyilənlər düzgün məlumat deyil: "Əgər belə hadisələr olsaydı, bundan ilk xəbər tutan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti olardı".

S.Əhmədova deyib ki, ötən gün ərzində yolda yalnız iki ölüm hadisəsi qeydə alınıb: "Onlardan biri 48 yaşlı Oleq Abramov "Koroğlu" metro stansiyasının qarşısında, ikincisi isə Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub".