Fuad Muradov: “Əsas işimiz birləşmək olmalıdır”


Siyasət 05 İyl 2018 12:39:52 264 0

Fuad Muradov: “Əsas işimiz birləşmək olmalıdır”

“Harada olmağınızdan asılı olayaraq bilməlisiniz ki, azərbaycanlısınız”

“Əsas işimiz birləşmək olmalıdır. Diaspor təşkilatları doğrudan da Azərbaycan üçün çalışırlarsa, o zaman birgə fəaliyyət göstərməlidirlər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə komitə sədri Fuad Muradov deyib.

“Deyə bilərsiniz ki, sədr yenidir, ona görə belə deyir. Tam açıq söyləyirəm, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsasını əməkdaşlıq təşkil edir. Ona görə də harada olmağımızdan asılı olmayaraq birləşin. Vətən uzaqda deyil, biz sizin yanınızdayıq. Harada olmağınızdan asılı olayaraq bilməlisiniz ki, azərbaycanlısınız” - deyə, komitə sədri vurğulayıb.