Bakıda qanunsuz tikinti işləri aparan şəxs cərimələndi


Digərləri 05 İyl 2018 12:29:00 285 0

Bakıda qanunsuz tikinti işləri aparan şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yaşıllıq ərazinin hasara alınaraq, tikinti aparılması ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan Bakı şəhər sakini Nazil Qasımov tərəfindən ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkar edilib.