AtaBank-ın Cash-in bankomatları artıq istifadənizdə!


Digərləri 05 İyl 2018 12:26:16 282 0

AtaBank-ın Cash-in bankomatları artıq istifadənizdə!

Daim yüksək xidmət səviyyəsi ilə seçilən "AtaBank" ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib.

Bakı. Daim yüksək xidmət səviyyəsi ilə seçilən "AtaBank" ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib. Artıq "AtaBank"ın plastik kart istifadəçiləri bu bankomatlar vasitəsilə hesablarına dərhal vəsait mədaxil edə biləcəklər. Bu da onlara əməliyyatlarını vaxt itirmədən, daha rahat və sürətli həyata keçirmək imkanı yaradacaq. Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər. Cash-in bankomatları ilə bağlı "AtaBank" ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, müştəri məmnunluğuna daim önəm verən "AtaBank" yeni məhsul və xidmətləri ilə müştərilərini sevindirərək hər zaman bir addım öndə olmağa çalışır. Gələcəkdə "AtaBank"ın ATM şəbəkənin genişləndirilməsi və daha bir neçə bankomatın Cash-in tipli bankomatlarla əvəz edilməsi planlaşdırılır. Cash-in ATM-lərin quraşdırıldığı ünvanlar: