Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verəcək


Digərləri 05 İyl 2018 12:13:00 206 0

Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verəcək

Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verəcək

Bakı. Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verəcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI sinif şagirdləri üçün imtahan keçiriləcək.