"Saxo Bank": Ticarət müharibələrinin riskləri qiymətləndirilmir


İqtisadiyyat 05 İyl 2018 12:07:37 370 0

"Saxo Bank": Ticarət müharibələrinin riskləri qiymətləndirilmir

Bankın 2018-ci ilin III rübündə dünya bazarları və əsas sərmayə strategiyaları ilə bağlı proqnozunu açıqlayıb

Danimarkanın "Saxo Bank"ı bəyan edib ki,dünya iqtisadiyyatındaartım tempi zəifləyəcək.

"Report" xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin III rübündə dünya bazarları və əsas sərmayə strategiyaları ilə bağlı proqnozunda bildirilib.

"Saxo Bank"ın qənaətinə görə,aparıcı dövlətlər arasında ticarət müharibələrinin riskləri qiymətləndirilmir.

"Ticarət müharibələrinə dairsöz-söhbətlər gedir, amma bəzi dövlətlər bununla bağlı uzaqgörən addımlar atmır. Ticarət sahədə gərginliyin artması noyabrın 6-da ABŞ Konqressinə keçiriləcək seçkilər öncəsi daha ciddi böhrana gətirib çıxara bilər. Həmin vaxt prezident Donald Tramp göstərməlidir ki, o, həqiqətən də ABŞ üçün "əla imkanlar" yaradır", - deyə proqnozda bildirilir.

"Saxo Bank"ın baş iqtisadiyyatçısı Stiv Yakobsen isə deyib ki,ticarət müharibələrində qalib olmur: "Təcrübə göstərir ki, düzgünaddımlar atılmır. Kifayət qədər milliyətçi bəyanatlar qlobal nstitusional qurumların statusunu sual altına qoyur. Əgər hansısa böyük iqtisadi güc uduzan tərəf olsa, o zaman həmin tərəf rəqabətdəki geriliyini rüsumların tətbiq edilməsi ilə aradan qaldıra bilər".

Onun fikrincə,burada günah təkcə D.Trampda deyil, eyni zamanda öz mövqeyini bütün sahələrdə gücləndirmək istəyən Çin rəhbərliyindədir. "Çin hələ ki, düzgün hesablamalar aparır. Baxmayaraq ki, rəsmi Pekin Vaşinqtonu daha uzunmüddətli tərəfdaş kimi nəzərdən keçirmir, yaxşı olardı ki, Çin öz bazar payını mümkün qədər uzun müddətə qoruyub saxlasın. Təbii ki, indi, ABŞ iqtisadi artımını və qloballaşmanı təmin edən beynəlxalq təşkilatlara təzyiq göstərmək çalışır".