Oqtay Şirəliyev: "ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib" FOTO


Digərləri 05 İyl 2018 12:00:00 336 0

Oqtay Şirəliyev: "ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib"  FOTO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana icbari tibbi sığortanın tətbiqi üçün özünün tövsiyəsini verməyi, ekspert yardımı göstərməyi, eyni zamanda Azərbaycanın icbari tibbi sığorta modelinin digər ölkələr üçün nümunəvi model kimi təqdim edilməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

O bildirib ki, ÜST-nin baş direktorunun təşəbbüsü ilə qəbul edilən qətnamələr və aparılan islahatlar səhiyyə sahəsində infeksiyon və qeyri-infeksiyon xəstəliklərin qarşısının alınmasına yönəlib.

O.Şirəliyev deyib ki, son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb: "Ölkədə 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb. Ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib".


Xəbərə aid fotolar