Səhiyyə naziri: "Azərbaycanda mütləq yoxsulluq səviyyəsi 5 faizə enib"


Digərləri 05 İyl 2018 12:08:04 279 0

Səhiyyə naziri: "Azərbaycanda mütləq yoxsulluq səviyyəsi 5 faizə enib"

Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ölkədə 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib.