"Qocalar evinə getmirəm!" 92 yaşlı ana


Digərləri 05 İyl 2018 11:56:29 245 0

"Qocalar evinə getmirəm!"  92 yaşlı ana

92 yaşlı amerikalı Anna Mey Blessinq onu qocalar evinə yollamaq istəyən oğlunu güllələyərək qətlə yetirib.

Son.az New York Post-a istinadən bildirir ki, 92 yaşlı qadın qocalar evinə göndəriləcəyini anlayandan sonra cinayəti planlaşdırmağa başlayıb.

O, xələtinin ciblərinə iki tapança qoyandan sonra oğlunun arvadı ilə yaşadığı otağa yollanıb.

Hadisə Feniks şəhərinin yaxınlığındakı Fonteyn Hilss şəhərində yaşanıb.

72 yaşlı Tomas Blessinq boynundan və çənəsindən güllə yaraları alandan sonra yerindəcə keçinib. Anna Mey Blessinq oğlunun 57 yaşlı arvadını da güllələmək istəyib, lakin qadın tapançaları Annanın əlindən ala bilib.


Xəbərə aid fotolar