Səhiyyə naziri: Azərbaycanda mütləq yoxsulluq səviyyəsi 5 faizə enib


Digərləri 05 İyl 2018 11:54:00 224 0

Səhiyyə naziri: Azərbaycanda mütləq yoxsulluq səviyyəsi 5 faizə enib

Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib

Bakı. İlhamə İsabalayeva - Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb. Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, ölkədə 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib.