Deputat: "AzərbaycanTürkiyə münasibətləri daha da inkişaf edəcək"


Siyasət 05 İyl 2018 11:32:00 301 0

Deputat: "AzərbaycanTürkiyə münasibətləri daha da inkişaf edəcək"

Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu türkiyəli millət vəkili, əslən azərbaycanlı olan Şamil Ayrım deyib.

O bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək:

"Həmişə olduğu kimi bundan sonra da Türkiyə bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək".

Ş.Ayrım əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman onun diqqət mərkəzində olacaq:

"Hamıya məlumdur ki, Ermənistan işğalçıdır və işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir".