Gürcüstanda nazirlərin sayı azaldılacaq,


Dünya 05 İyl 2018 11:16:00 276 0

Gürcüstanda nazirlərin sayı azaldılacaq,

"Gürcüstanda "kiçik hökumət" konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın - "Report") qənaət ediləcək".

Son.az report-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. "Kiçik hökumət" konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.