Yardımlıda meşə yanır


Digərləri 05 İyl 2018 10:45:00 224 0

Yardımlıda meşə yanır

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə Son.az-a FHN-dən məlumat verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.