Bioloji resurslara vurulan ziyana görə 42 min manata yaxın iddia qaldırılıb


Digərləri 05 İyl 2018 10:31:00 286 0

Bioloji resurslara vurulan ziyana görə 42 min manata yaxın iddia qaldırılıb

2018-ci ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə araşdırma aparılıb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib.

Tədbir görülməsi üçün 68 iş hüquq-mühafizə orqanlarına göndərilib.