Biləsuvarda 2 nəfər öldü


Digərləri 05 İyl 2018 09:11:00 172 0

Biləsuvarda 2 nəfər öldü

Biləsuvar rayonunda "VAZ" markalı minik avtomobili və "Suzuki" markalı yük avtomobili toqquşub.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin meyitini və yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.