FBI “Facebook”la bağlı araşdırma aparır


Digərləri 05 İyl 2018 08:55:00 203 0

FBI “Facebook”la bağlı araşdırma aparır

"Facebook"un milyonlarla istifadəçisinin şəxsi məlumatlarının Britaniyanın "Cambridge Analytica" konsaltinq firmasının əlinə keçməsi ilə bağlı araşdırmalara ABŞ-ın bir neçə federal agentliyi qoşulub.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Qəzetin məlumatına əsasən istifadəçi məlumatlarının yayılması ilə bağlı informasiya almaq üçün Federal Təhqiqatlar Bürosu (FBI), Qiymətli kağızlar və birjalar üzrə Komissiya (SEC), eləcə də Federal Ticarət Komissiyası (FTC) sorğu ilə "Facebook"a müraciət ediblər.

"Facebook" 2015-ci ildə müəyyən edib ki, "Cambridge Analytica" ABŞ seçicilərinin psixoloji portretini hazırlamaq üçün istifadəçilərin şəxsi məlumatlarını toplayır. Sonradan məlum olub ki, firma Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib. İndi müstəntiqləri maraqlandırır ki, "Facebook" 3 il əvvəl nəyi öyrənib və məlumatların sızmasını hansı səbəblə 3 il gizlədib. Mark Zukerberq və digər "Facebook" təmsilçilərinin Konqresdə verdikləri ifadələr də araşdırılır.