Sonsuzluğun müalicəsində yeni texnologiya


Digərləri 05 İyl 2018 08:59:00 295 0

Sonsuzluğun müalicəsində yeni texnologiya

Danimarka alimləri süni yumurtalıqların yaradılması üzrə texnologiya hazırlayıblar. Yeni metod sonsuzluğun müalicəsində effektivliyi artıra bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən kimyaterapiya və radioterapiya bəzən qadın reproduktiv sisteminin zədələnməsinə və sonsuzluğa səbəb olur. Bununla mübarizəyə kömək edən üsullardan biri yumurtalıq toxumasının transplantasiyasıdır. Xərçəngin müalicəsinə başlamazdan əvvəl yumurtalıq tam və ya qismən orqanizmdən ayrılır və material müalicə başa çatdıqdan sonra köçürülmə üçün istifadə məqsədilə dondurulur. Lakin bu halda yumurtalıq toxumasında xərçəng hüceyrələrinin mövcudluğu ilə bağlı müəyyən riskin olması xəstəliyin köçürülmədən sonra mümkün bərpası ehtimalını artırır.

Məhz bu riskin aradan qaldırılması üçün Kopenhagenin "Rigshospitalet" klinikasının alimləri yumurtalıq toxumasının bütün hüceyrələrini, o cümlədən xərçəng hüceyrələrini kənarlaşdıraraq yalnız zülallar və kollagendən (proteinlər ailəsinin əsas birləşdirici toxumaları) ibarət "karkası" saxlayıblar. Bundan sonra mütəxəssislər süni "karkas"da yumurtalıq follikulları yetişdirməyə nail olaraq mahiyyət etibarilə süni yumurtalıq əldə ediblər. Heyvanlar üzərində aparılan eksperimentdən məlum olub ki, metodika səmərəli işləyir: yumurtalıq siçan bədənində bitişib, yumurta hüceyrəsi isə həyat qabiliyyətini saxlayıb.