“Xiaomi” universal sukeçirməz çexol hazırladı


Digərləri 05 İyl 2018 08:46:00 295 0

“Xiaomi” universal sukeçirməz çexol hazırladı

Çinin "Xiaomi" şirkəti qiyməti cəmi 5 dollar olan sukeçirməz çexolunu buraxıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, o, yalnız brend telefonlara deyil, digər qiymətli əşyalara da yaraşır.

"Xiaomi"də telefonlar üçün aksesuarların sayını artırmaq qərarına gəliblər. Bu səbəbdən şirkət sukeçirməz çexol istehsal edib. Onun özəlliklərindən biri materialıdır. Çünki bu çexol demək olar ki, tamamilə poliuretandan istehsal edilib. O, suyun içəri keçməsinə imkan verməyəcək, həmçinin də sensorun suyun altında istifadə edilməsinə imkan verəcək.