Ermənistanda 19 hərbi qulluqçu ölüb


Dünya 05 İyl 2018 08:48:00 219 0

Ermənistanda 19 hərbi qulluqçu ölüb

Bu ilin 6 ayı ərzində Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində 19 erməni hərbi qulluqçusu ölüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 2-i zabit, 16-ı əsgər, 1-i müqavilə ilə xidmət edən hərbçi olub. Hərbçilərdən 6-ı özünə qəsd edib və ya intihar həddinə çatdırılıb. İki hərbçi silahdan istifadə qaydalarını pozmasının qurbanı olub. Erməni ordusunun 2 hərbçisi xəstəlikdən, 1-i mina partlayışı zamanı, 1 nəfər bədbəxt hadisə, daha 1 nəfər isə yol-nəqliyyat hadisəsi zamanı ölüb. Düşmən ordusunun 5 hərbçisi cəbhənin təmas xəttində atəşkəsi pozması nəticəsində öldürülüb.