Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 yaşlı uşaq xilas edilib


Sosial 05 İyl 2018 08:15:29 261 0

Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 yaşlı uşaq xilas edilib

Uşağın atası qızını suda boğulmaqdan xilas edib

Xəzərin Qaradağ rayonu sahilində 4 yaşlıuşaq batma təhlükəsindənxilas edilib.

"Report" xəbər verir ki, hadisə dənizin Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

2013-cü il təvəllüdlü İslamzadə Ayan Ramin qızı valideyn nəzarəti olmadan dənizdə batma təhlükəsi ilə üzləşib. O, atası İslamzadə Ramin tərəfindən sudan çıxarılıb.

Vəziyyəti pisləşən uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.