“Facebook” istifadəçi məlumatlarını neçə quruma təqdim edib?


Digərləri 05 İyl 2018 08:25:00 227 0

“Facebook” istifadəçi məlumatlarını neçə quruma təqdim edib?

ABŞ Konqresi "Facebook"un istifadəçilərin şəxsi məlumatlarından necə yararlandığı barədə hesabatını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, 700 səhifədən çox olan hesabatda bildirilir ki, "Facebook" mövcud olduğu dövr ərzində 52 şirkətə öz istifadəçilərinin məlumatlarını təqdim edib.  Bu sırada "Apple", "Amazon" və "Microsoft" kimi nəhənglər də  var.

ABŞ xaricində isə Cənubi Koreyanın "Samsung" və Çinin "Huawei", "Alibaba" kimi şirkətləri "Facebook" istifadəçilərinin şəxsi məlumatlarına çıxış əldə edib.