"Artıq ölkənin elektrik enerjisi ilə təminatı 100%ə çatdırılıb"


Digərləri 05 İyl 2018 08:28:00 255 0

"Artıq ölkənin elektrik enerjisi ilə təminatı 100%ə çatdırılıb"

"Artıq ölkənin elektrik enerjisi ilə təminatı 100%-ə çatdırılıb".

Son.az "Report"a istinadən bildirir ki, bunu "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, təchizatda qonşu ölkələrdən alınan elektrik enerjisinin də payı var: "Hazırda "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) iki bloku tam gücü ilə işləyir. Həmçinin qonşu Rusiya və Gürcüstanla da paralel surətdə çalışırıq. Amma təchizatın əsas hissəsi daxili istehsalın hesabınadır. Sabahdan etibarən digər bloklar da işə düşəcək. Bununla da həmin ölkələrdən elektrik enerjisi idxalı tamamilə tamamilə dayandırılacaq".

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir.