Kosmosa süni intellektli robot göndəriləcək


Digərləri 05 İyl 2018 08:11:00 273 0

Kosmosa süni intellektli robot göndəriləcək

"SpaceX" şirkəti Beynəlxalq Kosmik Stansiyaya süni intellektə malik robot göndərəcək.  

Son.az ICTnews-a istinadən bildirir ki, "Airbus" şirkəti tərəfindən hazırlanan "CIMON" (Crew Interactive Mobile Companion) adlı robot mahiyyət etibarilə interaktiv köməkçi rolunda çıxış edir. O, xarici görünüşünə görə böyük top şəklində olan sxematik sifətin göstərildiyi monitora bənzəyir. Tədqiqatçılar tərəfindən şar forması ona görə seçilib ki, insanabənzər robot stansiyada qorxunc görünsün. "CIMON" söhbətin tonundan asılı olaraq gülümsəyə və qəzəblənə bilir. Robot kosmik stansiya avadanlığını zədələyə və ya kosmonavtları yaralaya biləcək iti bucaq və kənarlarla təchiz edilmədiyinə görə təhlükəsiz hesab olunur. Sistemi "IBM Cloud" platforması vasitəsilə yenilənəcək robotun stansiyada olan zaman daha yaxşı işləyəcəyi bildirilir.