"Tesla" işi sürətləndirdi: Həftədə 5 min elektromobil


Digərləri 05 İyl 2018 08:15:00 413 0

"Tesla" işi sürətləndirdi: Həftədə 5 min elektromobil

"Tesla" şirkətinin rəhbəri Elon Mask yeni "Model 3" elektromobillərinin istehsalında həftədə 5 min ədəd rəqəminə nail olduqlarını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, E. Mask bu barədə əməkdaşlara göndərdiyi daxili məktubunda bildirib. O, gələn ay 6 min ədəd göstəricisinə nail olmağa ümid etdiyini söyləyib: "Hesab edirəm ki, biz əsl avtomobil istehsalı şirkətinə çevrildik".  

E. Mask deyib edib ki, 5 min "Model 3"dən əlavə, 2 min ədəd "Model X" və "Model S" də buraxılıb. "7 gündə 7000 avtomobil", - deyə o, "Twitter"də qeyd edib. İş adamı əməkdaşların fərasətini tərifləyib.