Bakıda avtomobil orta yaşlı qadını vurub


Digərləri 05 İyl 2018 08:20:00 259 0

Bakıda avtomobil orta yaşlı qadını vurub

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, yol qəzası Zabrat qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Babayeva Humay Əhməd qızı yolun qaranlıq, piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub.

.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.