Bu gündən Azərbaycanda tələbələrin köçürülməsi başlayıb


Sosial 05 İyl 2018 07:05:00 95 0

Bu gündən Azərbaycanda tələbələrin köçürülməsi başlayıb

Proses iyulun 20-dək davam edəcək

Bu gündən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başlayıb.

"Report" xəbər verir ki, sənədlərin qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses iyulun 20-dək davam edəcək.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Çox ciddi tədbirlərin görülməsi təmin ediləcək like
  • 05 İyl 06:51  
Siyasət Çox ciddi tədbirlərin görülməsi təmin ediləcək

Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin gör

arrow Ətraflı
Hazırda suyun mənbələrdən verilişi tam bərpa edilib, şəhərin 9293 faizinə su veririk like
  • 05 İyl 06:49  
Siyasət Hazırda suyun mənbələrdən verilişi tam bərpa edilib, şəhərin 9293 faizinə su veririk

Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92

arrow Ətraflı
Bakıda orta yaşlı kişini avtomobil vurub like
  • 05 İyl 06:25  
Sosial Bakıda orta yaşlı kişini avtomobil vurub

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

arrow Ətraflı
Xəzərdə 2 otaqlı ev yanıb like
  • 05 İyl 06:16  
Digərləri Xəzərdə 2 otaqlı ev yanıb

Bakı şəhərində yanğın baş verib.

arrow Ətraflı
Bakıda avtomobil orta yaşlı qadını vurub like
  • 05 İyl 05:28  
Sosial Bakıda avtomobil orta yaşlı qadını vurub

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tib

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 05 İyl 04:27  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Virtual pullar ucuzlaşır like
  • 05 İyl 01:02  
Digərləri Virtual pullar ucuzlaşır

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün ucuzlaşıb

arrow Ətraflı