Windowsda silinməyən virus aşkarlanıb


Digərləri 05 İyl 2018 07:41:00 301 0

Windowsda silinməyən virus aşkarlanıb

Bütün dünya istifadəçilərinin kompüterlərində "All-Radio 4.27 Portable" adlı ləğv edilməyən zərərli proqram aşkarlanmağa başlayıb.  

Son.az ICTnews-a istinadən bildirir ki, virus "Windows" əməliyyat sistemli kompüterlərə qarşı yönəlib. İstifadəçilər zərərli proqramı silməyə çalışsalar da, onun ləğvetmə mexanizmini müəyyənləşdirə bilməyiblər.

Məlumata görə, Rusiya istehsalı olan "All-Radio 4.27 Portable" proqramı rəsmən musiqi dinləməyə və televiziya verilişlərinə baxmağa imkan verən pulsuz universal pleyerdir. Naməlum hakerlər onu saxtalaşdıraraq yoluxdurulmuş proqram təminatını orijinal kimi təqdim ediblər.