Bakıda xəstəxanaya gedən qadını avtomobil vurub


Sosial 05 İyl 2018 07:34:57 289 0

Bakıda xəstəxanaya gedən qadını avtomobil vurub

Hadisə 5 saylı Şəhər Klinikasının qarşısında baş verib

Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə 5 saylı Şəhər Klinikasının qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədova Pərvin Arzu qızı qeyd edilən xəstəxanaya gedərkən onu minik avtomobili vurub.

Yaralıya xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.