Bakıda orta yaşlı kişini avtomobil vurub


Sosial 05 İyl 2018 06:25:48 221 0

Bakıda orta yaşlı kişini avtomobil vurub

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Xəzər rayonunda yol nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə magistral yolun Türkan qəsəbəsinə gedən istiqamətində baş verib.

33 yaşlı Quliyev Rahib Salman oğlu sürət həddi saatda 110 kilometr olan yolun bir tərəfindən digərinə keçən zaman onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib.